“Azerterminal Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 avqust 2017-cı il tarixindən etibarən gömrük brokeri qismində fəaliyyətdədir. “Azerterminal Servis” ixtisaslaşmış gömrük təmsilçiliyi Azərbaycan Respublikası gömrük fəaliyyəti zonasında yaradılmış, peşəkar işçi qüvvəsi ilə operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq prinsipləri əsasında, tam gömrük təmsilçilik xidmətləri təşkilini həyata keçirir. “Azerterminal Servis” Gömrük Təmsilçiliyi dünya standartlarına cavab verən müasir gömrük təmsilçisidir.

“Azerterminal Servis” İxtisaslaşmış Gömrük Təmsilçiliyinin yerli və xarici fiziki və hüquqi şəxslərə gömrük rəsmiləşdirilməsi üzrə məsləhət, sənədlərin qəbul olunması, mal alanın və ya göndərənin qanuni nümayəndəsinin iştirakı ilə gömrükləmə, eləcə də gömrük əməliyyatları üzrə xidmətlərindən istifadə etmək üçün müraciət edə bilərsiniz.

Şirkətin əsas məqsədi müştərilərə tək gömrük fəaliyyətinə dair əməliyyatların aparılmasında  yardımçı  olmaq deyil, həmçinin əsas fəaliyyət istiqamətindən fərqli olaraq bir sıra yeni fəaliyyət növlərini yüksək peşəkarlıqla müştərilərinə təqdim etməkdən ibarətdir.

Şirkətimiz istənilən yükün ixrac və idxal rejimində rəsmiləşdirilməsi, yüklərin Azərbaycan Respublikasının ərazisində sərbəst dövriyyəyə buraxılması və istifadəsi üçün bütün lazımi sənədləşmə işlərinin aparılması sahəsində böyük təcrübəyə malikdir. Gömrük rəsmiləşdirilməsi zamanı müştərimizin xərclərini minimuma endirməyə çalışırıq və bu fəaliyyətimizi AR-nın qanunvericiliyi çərçivəsində həyata keçiririk