GÖMRÜK BƏYANNAMƏSİNİN TƏRTİBİ XİDMƏTİ

Gömrük  rəsmiləşdirilməsi məqsədi üçün gömrük təmsilçisi təmsil  etdiyi  şəxsdən və ya hüquqi şəxsdən qəbul etdiyi mal müşayiət  sənədlərində  olan məlumatların yoxlanılması, onun əsasında  elektron gömrük bəyannaməsinin, idxal, ixrac,  tranzit,  məsul saxlanc,  müvəqqəti  idxal, müvəqqəti ixrac,  təkrar idxal, təkrar ixrac və s… gömrük bəyannamələrinin   tərtib olunması.

    GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ (TƏMSİLÇİLİK) XİDMƏTİ

Təmsil etdiyi şəxsin tapşırığı əsasında tam gömrük rəsmiləşdirilməsi ilə bağlı yükə aid müvafiq sənədləri gömrük orqanlarına təqdim edilməsi, gömrük rəsmiləşdirilməsinə aid mərhələlərdən keçirilməsi və gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra təmsil etdiyi şəxsə ötürülməsi.

  GÖMRÜK RÜSUM VƏ ÖDƏNİŞLƏRİNİN ƏVVƏLCƏDƏN HESABLANMASI XİDMƏTİ

Yükün idxalından öncə yükün rəsmiləşdirilməsinə dair bütün gömrük rüsumlarının, habelə istifadə olunacaq  xidmətlərin ödənişlərinin  hesablanması.

  E-QISA İDXAL  BƏYANNAMƏSİ TƏRTİBİ XİDMƏTİ

Mallar  gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qısa idxal bəyannaməsinin doldurulması xidməti.

 MALİYYƏ XİDMƏTİ

Gömrük rüsumlarının və digər ödənişlərin müştərinin adından və onun tapşırığına əsasən həyata keçirilməsi.

 MÜVƏQQƏTİ SAXLANC REJİMİ

Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi xidməti.

 XİFƏN KODLARIN MÜƏYYƏN OLUNMASI

Ayrı- ayrı mal mövqeyləri üzrə malların   gömrük kodlarının  və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük  məlumatlarının verilməsi.

 LABORATORİYA

Ayrı- ayrı mal mövqeyləri üzrə malların   gömrük kodlarının  və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük  məlumatlarının verilməsi.

 MÜQAVİLƏLƏRİN TƏRTİBİ XİDMƏTİ

Xarici iqtisadi müqavilələrin tərtib edilməsi.

 GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏRİN HAZIRLANMASI XİDMƏTİ

Yüklərin gömrük rəsmiləşdirilməsi məqsədi üçün tələb olunan gömrük sənədlərinin habelə müvafiq icazələrin və sertifikatların əldə olunması.

 NƏQLİYYAT SƏNƏDLƏRİNİN TƏRTİBİ XİDMƏTİ

TİR Carnet, CMR və digər nəqliyyat sənədlərinin tərəfimizdən hazırlanması.

 KONSALTİNQ XİDMƏTİ

Gömrük rəsmiləşdirilməsinə dair sualların cavablandırılması, aidiyyəti məsləhətlərin verilməsi və ortaya çıxmış məsələlərə dair müvafiq köməklikərin göstərilməsi.